Sumqayıt daha bir şəhidini dəfn etdi

20 Aprel 2016 16:03 (UTC+04:00)

Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri Baxışov Seymur Qulamhüseyn oğlu Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib. SİA-nın məlumatına görə, dəfn mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Seymur Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb.

Döyüş meydanında itkin düşmüş sonuncu hərbi qulluqçumuzun meyiti ötən gün tapılıb.