73 yaşlı məşhur musiqiçi dünyasını dəyişdi

20 Aprel 2016 13:13 (UTC+04:00)

Türkiyə musiqisinin məşhur siması Attilla Özdemiroğlu vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 73 yaşlı sənətçinin ölüm xəbərini arajimançı Aykut Gürel sosial şəbəkədə yazıb: "Tanıdığım ən zərif insan... Məkanın cənnət olsun".

Nəzərinizə çatdıraq ki, musiqiçi ağciyər xərçəngi diaqnozu ilə xeyli müddətdir ki, müalicə olunurdu. Sənətçi dörd övlad atası idi.

Qeyd edək ki, bəstəkar və aranjimançı A.Özdemiroğlu Ajda Pekkan, Nilufer, Kayahan, Sezen Aksu, Onno Tunç, Uzay Heparı kimi adlarla çalışıb. O, yeddi dəfə "Qızıl Portağal" mükafatının qalibi olub.