Mətanət İsgəndərli bulaq başında səhənglə FOTOLAR

20 Aprel 2016 13:07 (UTC+04:00)

"Çarçı" film Yaradıcılıq Birliyi "Kələğayı" adlı sənədli film ekranlaşdırıb. Ekran işində rol alan əməkdar artist Mətanət İsgəndərli bu haqda SİA-ya məlumat verib: "Azərbaycanın milli dəyərlərini qorumaq və dünya ictimaiyyətinə çatdırmağı özümə borc hesab edirəm. Milli geyim, kələğayı xanıma xüsusi yaraşıq verir, onu xanım-xatın göstərir. Biz bu obrazla həm kələğayının bizə məxsus olduğunu, həm də Azərbaycan xanımınn obrazını göstərdik".

Filmdə əməkdar artist Mətanət İsgəndərlidən başqa xalq artisti Gülyanaq Məmmədova, teleaparıcı Nigar Əlişova çəkilib. Ekran işində sözügedən xanımlar milli geyimdə, başlarına kələğayını taxıb, milliliyimizi tərənnüm etdiriblər.

Nəzərinizə çatdıraq ki, çəkilişlər kələğayının hazırlandığı İsmayıllının Basqal kəndində ərcəyə gəlib. Sənədli filmin rejissoru Nəsimi Əliyev, ssenari müəllifi Nigar Əlişova, qurluşçu operatoru Emin Rəhimovdur.

Qeyd edək ki, sənədli ekran işini ərsəyə gətirməkdə əsas məqsəd kələğayının Azərbaycana məxsus olmasını bütün dünyaya çatdırmaqdır. Ermənilərin milli mənəvi dəyərlərimizi mənimsədiyi bir zamanda bu cür filmlərin hazırlanması və təbliği önəmlidir.