Mərkəzi Bankın jurnalının növbəti sayı

20 Aprel 2016 12:29 (UTC+04:00)

"Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı elektron jurnalın növbəti sayı hazırlanıb

"Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı elektron jurnalın 2015-ci il üzrə ikinci - sonuncu sayı hazırlanıb Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, jurnalın budəfəki sayında monetar siyasətin əməliyyat çərçivəsi, inflyasiyanın proqnozlaşdırılması və digər aktual nəzəri-empirik məsələləri əhatə edən tədqiqat işlərinin nəticələri təqdim edilib.

Cari tədqiqat işlərində son qlobal proseslər fonunda ölkə iqtisadiyyatının, o cümlədən monetar sektorun qarşısında duran çağırışlar və ondan irəli gələn aktual mövzular əhatə olunub. Eyni zamanda aparılan tədqiqatlar Mərkəzi Bankda monetar siyasət üzrə analitik təhlili və qiymətləndirmə sisteminin inkişafına, həmçinin effektiv realizasiyasına xidmət edir.

Mərkəzi Bank və İqtisadiyyat JURNALI (2015-ci il, Nömrə 2)

http://www.cbar.az/pages/publications-researches/the-central-bank-and-economy-magazine-2015-number-2/