Oktay Kaynarcanın Deniz Çakıra olan sevgisi bitdi? FOTO

20 Aprel 2016 12:24 (UTC+04:00)

"Eşkiya dünyaya hükümdar olmaz" serialının baş qəhrəmanları Deniz Çakır və Oktay Kaynarcanın ayrıldıqları deyilir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün sevgi münasibətlərinin bitdiyi deyilir. Serialdakı tərəf müqabillərindən biri olan Sabina Toziya ilə restoranda görünən D.Çakırın kədərli halı paparassilərin diqqətini çəkib. Aktrisanın son günlər Oktayla aralarının yaxşı olmadığı haqda xəbərlər yayılıb. Bunu bir neçə gün əvvəl O.Kaynarcanın başqa qadınla görülməsi ilə əlaqələndirirlər.

Məkanı tərk edərkən jurnalistlərin "Ayrıldınız" suallarından yayınan Denizin yerinə S.Toziya cavab verib: "Ayrılmayıblar, belə şey yoxdur".