Yaraşıqlı aktyor kimləri məhkəməyə verdi? FOTOLAR

20 Aprel 2016 12:02 (UTC+04:00)

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ İstanbulda məkanların birindən çıxarkən görüntülənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor jurnalistlərin suallarını cavablandırıb və ölkədən getməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib: "Ailəlikcə Amerikaya köçdüyümüzü, təriqətə qoşulduğumu deyirlər. Belə bir şey yoxdur, bu xəbəri yayanlarla bağlı ölçü götürmüşük. Məhkəməyə müraciət etmişik".

Daha sonra K.Tatlıtuğ 50 min TL-yə aldığı və 200 min TL-yə dəyişdirdiyi avtomobili ilə məkanı tərk edib.