Azad Şabanovdan maraqlı yenilik

20 Aprel 2016 11:54 (UTC+04:00)

Müğənni Azad Şabanov yaradıcılığında yenilik edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı repertuarına rəngarənglik qatacaq: "İllər öncə çəkilmiş Azərbaycan filmlərini çox sevirəm. Uşaqlığımız bu filmlərə baxmaqla keçib. Hətta həftədə 1 dəfə dostlarımla yığışıb, keçmiş kinolarımıza nəzər salıq. Onu da deyim ki, bir müddət öncə "Qaynana" filmindən soundtrack hazırladım. Çox da uğurlu alındı. Hazırda isə "Ulduz" filmindən soundtrack hazırlamağa başlamışam. Ümid edirəm ki, tamaşaçılar tərəfindən seviləcək".