Baş məşqçi ilə müqavilə uzadılmayıb

20 Aprel 2016 10:24 (UTC+04:00)

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib. SİA-nın məlumatına görə, AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustinoya gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.