Qızıl bahalaşır

20 Aprel 2016 07:26 (UTC+04:00)

Neftin əksinə əlvan metalların qiymətində bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,24 dollar olub. Platinin 1 qramı 32,71 dollar, palladiumun 1 qramı isə 18,88 dollara çatıb. Gümüşün qiyməti də bahalaşaraq 1 qram üçün 0,54 dollarda qərarlaşıb.