Neft ucuzlaşır

20 Aprel 2016 06:54 (UTC+04:00)

Ötən gün neftin qiymətində nikbinlik müşahidə olunsa da daha sonra düşüş yaşanıb. Məlumata görə, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barelinin qiyməti 43,37 dollar təşkil edir.

"WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 40,27 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar ucuzlaşaraq 43,42 dollar təşkil edib.