Kilis 3 nöqtədən vuruldu 3 yaralı

20 Aprel 2016 00:13 (UTC+04:00)

Suriyadan atılan 3 raket mərmisi Türkiyənin Kilis bölgəsinə düşüb. SİA xəbər verir ki, mərmilərdən biri Halvaçıoğlu məhəlləsində evin damına, biri həmin məhəllədəki Bilal Həbəşi Məscidinə, digəri isə qəbiristanlıq yaxınlığında boş əraziyə düşüb.

Raketdən atılan mərmilərin yaratdığı fəsadlar nəticəsində 3 nəfər yüngül şəkildə yaralanıb.