Suriyada atəşkəsin ən ağır günü 61 ölü FOTO

19 Aprel 2016 23:03 (UTC+04:00)

Suriyada rejim qüvvələrinin hücumu nəticəsində 61 vətəndaş həlak olub. SİA xəbər verir ki, hadisə Bəşər Əsəd qüvvələrinin hava hücumları nəticəsində baş verib.

Hərbi təyyarələr paytaxt Dəməşq şəhərinin Şərqi Quta bölgəsinə hücum edib. Hücumlar nəticəsində Balada 9 nəfər, günorta saatlarında İdlibin Marət Ən Numan rayonunda 47 nəfər, Kafr Nubulda 5 nəfər, Təlbisə və Rastan rayonlarında 2 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, BMT-nin Suriyada qismən və müvəqqəti atəşkəs elan etməsinə baxmayaraq silahlı hücumlar hələ də davam edir.