Səlim Müslümov sakinlərlə görüşəcək

19 Aprel 2016 22:37 (UTC+04:00)

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin info@mlspp.gov.az elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.