Yeni quyu istismara verildi

19 Aprel 2016 18:12 (UTC+04:00)

"Neft Daşları" yatağındakı 1954 saylı estakadayanı meydançadan 2688 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.

Quyu 1331-1320 metr intervaldan sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.