Bank VTB-ın Səhmdarlarının yığıncağının vaxtı təsdiqləndi

19 Aprel 2016 17:18 (UTC+04:00)

31 may 2016-ci il tarixində Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının növbəti Ümumi Yiğincaği keçiriləcək. Tədbir Bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə Bankın Səhmdarlarının növbəti Ümumı Yığıncağının katibinin seçilməsi, Bankın 2015-ci ildə maliyyə hesabatlığının müzakirəsi, bankın 2015-ci il üzrə mənfəətinin paylaşdırılması və dividendlərin ödənilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az