5 otaqlı evdə yanğın

19 Aprel 2016 16:06 (UTC+04:00)

Zaqatala rayonunda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Gözbarax kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20 kv.m sahədə və mətbəx əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.