SOCAR yanvar-mart ayları ərzindəki qaz hasilatını AÇIQLADI

19 Aprel 2016 14:01 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 595,3 mln. kubmetr qaz hasil edib. SİA SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-mart aylarından 4,5% azdır.

Hesabat dövründə SOCAR-ın hasil etdiyi qazın 547,8 mln. kubmetri mart ayının payına düşüb. Bu ayda hasil olunan təbii qazın həcmi ötən ilin mart göstəricisindən 5,6% az olub.

Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan üzrə ümumilikdə 7,471 mlrd. kubmetr qaz hasil olunub.