Nadir Qafarzadə əsgərlər üçün nə etdi? FOTOLAR

19 Aprel 2016 13:50 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə vətənpərvərlik ruhunda yeni "Azərbaycan əsgəri" adlı mahnı ifa edib. SİA-ya açıqlama verən sənətçi bildirib ki, ifa etdiyi bəstənin sözləri Mehdi Kamiloğluna, musiqisi Rabil Səfərliyə məxsusdur: "Cavanşir Quliyevin 1990-cı illərdə yazdığı "Azərbaycan əsgəri" marşından sonra demək olar ki, o mövzuda yeni bir mahnı yazılmırdı. Ona görə də bu mövzuya müraciət etməyi özümə borc bildim. Mahnının yaranmasına gəldikdə isə, günlərin birində "İnstagram" dostlarımdan biri, Mehdi Kamiloğlu mənə müraciət etdi ki, əsgərlərə şeir həsr edib.

Söylədi ki, istərdim, bu sözlərə mahnı yazılsın. Mən də bu təklifə müsbət yanaşdım. Daha sonra Rabil Səfəroğluna müraciət etdim ki, bu şeirə musiqi bəstələsin. Düşündüm ki, vətənpərvər mahnıları məhz o, gözəl bəstələyir. Güman edirəm ki, mahnı çox gözəl alındı. Əsl Azərbaycan əsgərini tərənnüm edir. Bu da məndən əsgərlərimizə hədiyyə olsun".