İradə İbrahimovanın 7 illik evlilik həyatı FOTOLAR

19 Aprel 2016 11:32 (UTC+04:00)

Müğənni İradə İbrahimovanın ailə qurmasından 7 il ötür. SİA-nın verdiyi xəbərə görə, ifaçı həyat yoldaşı Ceyhun İzerlə fotosunu paylaşaraq təəssüratlarını bölüşüb:"Bu gün bizim 7 ilimizdir. Yaxşı gündə, pis gündə, xəstəlikdə, sağlıqda bərabər olacağımıza söz vermişdik. Həqiqətən də həyat hər zaman sevgili olduğumuz günlərdəki kimi keçmir. Evlənəndə etdiyiniz andlar nə qədər vacib imiş. Hər ikimizin ailəsində itkilərimiz, cənazələrimiz, doğumlar, toylar, üzüntülər, xoşbəxtliklər yaşayarkən həm sevgimizi böyütdük, həm də özümüz böyüdük. Ana-ata olduq, çoxaldıq, rəngləndik, daha da zənginləşdik. İnşallah əl-ələ hüzurla yaşlanaq".

Qeyd edək ki, hazırda İstanbulda yaşayan İ.İbrahimovanın bir qız, bir oğlan övladı var.