4 "Emmi" mükafatı sahibi vəfat etdi

19 Aprel 2016 11:32 (UTC+04:00)

ABŞ-ın teatr və kino veteranı, aktrisa Doris Roberts 90 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, Los-Angelesdə vəfat edən məşhurun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, 1970-ci illərdə Brodvey teatrının ulduzuna çevrilən Doris Roberts 150-dən çox tamaşada, film və seriallarda rol alıb. Yaradıcılığı boyu "Meri Hartman, Meri Hartman", "Barni Miller", "Sabun" filmlərində rəngarəng obrazlar yaradan aktrisa "Hamı Reymondu sevir" serialında ifa etdiyi rol ilə məşhurluğun zirvəsinə yüksəlib. Bu roluna görə, o, dörd "Emmi" mükafatına layiq görülüb.