“Türk dili 15-20 il əvvəl Avropa Birliyinin rəsmi dili elan olunmalı idi"

19 Aprel 2016 11:10 (UTC+04:00)

"Türk dilinin Avropa Birliyinin rəsmi dili elan olunması gecikmiş məsələdir. Bu qərar 15-20 il əvvəl qəbul edilməli idi". Bunu SİA-ya açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

O qeyd edib ki, Avropada milyonlarla türk yaşayır və türk dilinin Avropa Birliyinin rəsmi dili elan olunması çox doğru qərardır.

"Azərbaycanda da daha Türkiyə filmlərini Azərbaycan türkcəsinə çevirməzlər. Yəni, türkcəni olduğu kimi dinləyərik. Türk dünyası üçün ortaq dil məsələsi ilə bağlı da addımlar atılır"- deyə, T. Rüstəmxanlı əlavə edib.

Xatırladaq ki, türk dili Avropa Birliyinin 24-cü rəsmi dili elan olunub. Məsələ səsə qoyularkən Avropa Parlamentinin 133 üzvü əleyhinə, 375 üzvü lehinə səs verib, 28 nəfər səsvermə hüququndan istifadə etməyib.