Murad Bozdan aktrisa sevgilisinə keçmiş əri haqda qadağa

19 Aprel 2016 10:45 (UTC+04:00)

Hazırda aktrisa Aslı Enverlə sevgili olan müğənni Murad Boz sevgilisindən istəyi olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı Aslıdan işlədiyi menecer şirkətini dəyişməsini istəyib. Buna səbəb isə A.Enverin keçmiş həyat yoldaşı Birkan Sokullunun da həmin şirkətdə çalışmasıdır. Aktrisa da sevgilisinin xahişini qəbul edərək şirkətlə əlaqəni kəsmək üçün məsul şəxslərlə artıq danışıqlara başlayıb.

Qeyd edək ki, hazırda Birkan Sokullu sevgilisi Berrak Tüzünataçla da eyni agentlikdə işləyir.