Əməkdar artist xəstəxanaya yerləşdirildi

19 Aprel 2016 10:23 (UTC+04:00)

Rusiya estradasının tanınmış sənətçisi, əməkdar artist Stas Mixaylovun səhhəti pisləşib. SİA-nın TACC-a istinadən verdiyi xəbərə görə, müğənni Stavropoldakı Mədəniyyət Sarayında səhnəyə çıxmadan öncə özünü pis hiss edib və qan təzyiqinin normadan yüksəlməsi səbəbi ilə, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qastrolun təşkilatçıları bir ay ərzində təxirə salınmış konsertə bilet alan şəxslərin pulunu geri qaytaracağına zəmanət verib.