Bir çox xəstəliklərin dərmanı Qanqal

19 Aprel 2016 04:17 (UTC+04:00)

Yaz fəsli gələn kimi paytaxtdan rayona gedənlər və geriyə qayıdanlar yol kənarında bitən qanqalın dadına baxmaq üçün mütləq ayaq saxlayırlar. Kimi onun insan orqanizminə xeyrini bilərək yeyir, kimisi isə dadlı olduğu üçün. Nənə-babalarımız bu bitkinin xeyiri barədə çox danışırlar.

Mütəxəssislər də təzə çıxan qanqalın mədə-bağırsaq, qaraciyər və diş ətləri üçün olduqca xeyirli bitki olduğunu deyirlər. Bu səbəbdən bəzi sakinlər onu evə də alıb, aparır. Qiymətinə gəlincə bir dəstəsi yəni 10 ədədi 1-2 manat arasında dəyişir.

Ama ikinci növ qanqal da var ki, onu yalnız heyvan yeyir. Bu iki qanqalı bir-birindən fərqləndirmək isə o qədər də çətin deyil: "İnsan yediyi qanqal enli yarpaq olur. Başı semiçka başı kimi olur. O insan qanqalıdır, onu soyursan yeyirsən.