Pirat və saxta mal idxalı artıb Hesabat

18 Aprel 2016 22:10 (UTC+04:00)

İllik qlobal pirat və saxta mal idxalı 500 milyard dollara yaxınlaşıb. SİA xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanan hesabatda məlumat verilib.

Hesabata görə, 2013-cü ildə qlobal pirat və saxta mal idxalı 461 milyard dollar olub. Bu məbləğ qlobal idxalın 2,5 faizini təşkil edir.

Qeyd edək ki, İƏİT-in 2013-cü il üçün təyin etdiyi qlobal idxalın miqdarı 17,9 trilyon dollar olub.