Qatar və Küveytdə keçirilən tanıtım turları başa çatdı

18 Aprel 2016 20:20 (UTC+04:00)

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Qatar və Küveytdə keçirdikləri tarixi tanıtım turlarını başa çatdırıb. Bu tanıtım turlarının keçirilməsində məqsəd Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasındakı əlaqələri gücləndirmək, ticarət və turizm sahəsindəki əməkdaşlığı inkşaf etdirmək, Azərbaycanın neft və qazdan aslılığını diverfikasiya etmək (fərqli sahələrə yönəltmək) üçün turizm haqqında informasiya yaymaqdır,çünki turizmin inkşafı hazırda Azərbaycan üçün əsas prioritet hesab olunur.

Qala yeməyində dövlət idarələrindən nümayəndələr, ali mənsəb sahibləri, diplomatlar, VİP qonaqlar, media mütəxəsisləri, ekspertlər və s. iştirak edib.

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çıxış edərək bildirib: "Biz fəxr edirik ki, Bakı, Qəbələ, Şəki, Şahdağ kimi yerlər səyyahlar tərəfindən kəşf olunub, lakin mən həmçinin Lənkəran, Bəlləbur kəndi kimi yerləri də tövsiyə etmək istərdim. Bura şəlalələrin olduğu, ətrafda kiçik çayların axdığı və həmin çayların sahilində restoranların yerləşdiyi gözəl bir dərədir. Bəlləbur meşənin dərinliklərinə doğru uzanan sildirimli bir məkandır. Siz burada yüklərinizi boşalda biləcəyiniz yerlər tapa bilər, Wi-Fi-la internetə qoşula bilər və təbiəti yaxından müşahidə edə bilərsiniz. Buradakı avadanlıqlar müasir texnologiyalara əsaslanır. Lənkəranda beynəlxalq hava limanı var və siz Bakıdan Lənkərana 4 saat müddətində çata bilərsiniz.

O bildirib ki, Azərbaycan 25 ildir ki müstəqil bir ölkədir və bu müddət ərzində Azərbaycan iqtisadi inkşafda bir çox hədəflərə nail olub."Ölkənin vizyonu bu illər ərzində müdhiş şəkildə dəyişib və biz hesab edirik ki, Azərbaycan xalqı tərəfindən nail olunan müstəqillik bizə mədəniyyətimizi, adət-ənənənəmizi bütün dünyaya göstərmək üçün yeni bir anlayış gətirdi.

Nazir Yaxın Şərqin, xüsusilə də, Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Azərbaycan turizmi üçün əhəmiyyətindən danışıb. O, Qatar və Küveytlə əməkdaşlıqda özünün ən yaxşı təcrübələrini bölüşüb.

"Azərbaycan höküməti beş Körfəz Əməkdaşlıq Şurası ölkəsi üçün, habelə, Yaponiya, Malaziya, Çin, Cənubi Koreya və Sinqapur vətəndaşları üçün əvvəlcədən verilən viza tələbini ləğv etdi. İndi Vizalar Körfəz Əməkdaşlıq Şurası ölkələri vətəndaşları üçün ölkəyə gəldikdən sonra verilir. Bu bizim bu ölkələrlə əlaqəmizdə bir mərhələdir. Bizim bir neçə Körfəz Əməkdaşlıq Şurası ölkələrinə səfər cədvəlimiz var" deyə o, əlavə etdi. "Biz hesab edirik ki, Körfəz Əməkdaşlıq Şurası ölkələri insanları ilə daha çox məşğulluğumuz əlaqələrimizin daha da güclənməsinə imkan yaradacaq".

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Körfəz Əməkdaşlıq Şurası ölkələrindəki nümayəndəliyinin rəhbəri Raşid Əl Nuri Azərbaycanın səyahət və turizm portfelinin təqdimatını etdi və bu tanıtım turunun əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu tanıtım turları nazirin mesajını daha geniş auditoriyalara çatdırmağa və Körfəz Əməkdaşlıq Şurası ölkələri vətəndaşlarının Azərbaycanda xoş qarşılanmasına kömək edəcək.

"Azərbaycan tibb, ovçuluq, ekzotika, çimərlik və qastronomik sərgüzəştlərlə zəngindir. Burada dünyanın tanınmış otel, istirahət, əyləncə və idman mərkəzləri yerləşir. "Treid-Ərəb xəbər xidmətlərinin məlumatında deyilir: "Burada turist ölkəsi üçün bütün zəruri elementlər: qonaqpərvərlik, zəngin mədəni irs, sakit mənzərə, nəfis mətbəx və əlverişli coğrafi mövqe var".

Rəşid Əl Nuri bildirib ki, Azərbaycan Respublikasında son dərəcə heyrətamiz mənzərələrin kəşf olunmasında daha çox insan cəlb etmək üçün müxtəlif səyahət proqramları yaradılıb. Treyd-Ərəb xəbər xidmətləri bildirib ki, bu proqramlar xüsusilə Körfəz ölkələri insanlarının qarşıdan gələn yay tətilinin ailəvi keçirmələri üçün yaradılmışdır.

Yaqubzadə Nərmin