Sarkisyan Dağlıq Qarabağa gedib Foto

18 Aprel 2016 19:30 (UTC+04:00)

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa gəlib. SİA-nın "news.am"a istinadən verdiyi məlumata görə, Sarkisyanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan müşayiət edib.

Onu hava limanında Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan və digər şəxslər qarşılayıb.

Səfərin məqsədi hələ ki, açıqlanmayıb.