Gənc rəssam ilk uğuruna imza atıb

18 Aprel 2016 16:11 (UTC+04:00)

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gənc rəssam Leyla Hüseynovanın ilk fərdi sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, sərgidə 16 yaşlı rəssamın müxtəlif mövzularda çəkdiyi 20-dən çox əsəri nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Leyla Hüseynova uşaq yaşlarından təsviri incəsənətə maraq göstərib. Onun ən böyük arzusu məktəbi bitirdikdən sonra Rəssamlıq Akademiyasına qəbul olmaqdır. Bunun üçün öz üzərində daima çalışan gənc rəssam hazırda "EmArt Studio"da Emin Qəhrəmanovun rəhbərliyi altında təsviri incəsənətin sirlərini öyrənir.