Paytaxtda taksi sürücülərini qarət edən şəxs tutulub SƏS TV

18 Aprel 2016 16:06 (UTC+04:00)

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan 2 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Keçirilən tədbir zamanı Sabunçu rayon sakinləri əvvəllər məhkum olunmuş – Zaur İsmayılov və Oqtay Kərimov saxlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pul və qiymətli əşyalarını cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib

İdarə əməkdaşlarının keçirdiyi daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb. Keçirilən əməliyyat nəticəsində paytaxta fəaliyyət göstərən taksi sürücülərinə qarşı soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Laçın rayon sakini Yasin Əhmədov tutulub. Saxlanılan şəxs soyğunçuluq yolu ilə 8 taksi sürücüsünün pul və qiymətli əşyalarını ələ keçirdiyini etiraf edib.

Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.