Nadir Qafarzadə də onlara dəstək oldu

18 Aprel 2016 15:51 (UTC+04:00)

Məlum olduğu kimi, son günlər işğalçı ermənilərin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdləri hərbçilərimiz tərəfindən tutarlı şəkildə cavablandırılıb. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan əsgərinin gücü incəsənət nümayəndələrində də böyük ruh yaradıb. Onlar öz potensiallarından əsgərlərimizə mənəvi dəstək məqsədilə istifadə etməyə başlayıblar. Belə ki, müğənni Nadir Qafarzadə də öz repertuarına artıq yeni vətənpərvər mövzuda hazırlanmış "Azərbaycan əsgəri" mahnısını daxil edib. Həmin mahnının sözləri Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin fəalı Mehti Kamiloğluna, musiqisi isə Rabil Səfərliyə məxsusdur.

Qeyd edək ki, əsgərlərimizə dəstək məqsədilə ərsəyə gəlmiş mahnıya klip çəkilməsi də nəzərdə tutulub.