Bərdədə ağır qəza: ölən və yaralananlar var SƏS TV

18 Aprel 2016 14:57 (UTC+04:00)

Bərdə rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə ötən gün Bərdə-Yevlax magistral yolunun Bərdənin Şorəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tərtər rayon sakini 1975-ci il təvəllüdlü Qurbanov Qəhrəman Bəhmən oğlunun idarə etdiyi, "NAZ LİFAN" markalı, 59 BE 698 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yolu iki hissəyə ayıran dəmir ayrıca çırpılıb. Zərbənin təsirindən dəmir lövhənin bir tərəfi avtomobili yararsız hala salıb. Qəza zamanı avtomobildə olanlar 1977-ci il təvəllüdlü Qurbanova Həmayə Gəncəli qızı, 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızı və 2015-ci il təvəllüdlü Qurbanova Münəvvər Qəhrəman qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, qəza zamanı ağır yaralanan 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızının həyatın xilas etmək mümkün olmayıb.