"Fitch": "Dünya neft bazarı 2017-cı ilin sonunda balanslaşacaq"

18 Aprel 2016 14:54 (UTC+04:00)

"Fitch" Beynəlxalq reytinq agentliyi hesab edir ki, dünya neft bazarı 2017-cı ilin ortaları və ya sonunda balanslaşacaq. Bu barədə SİA RİA Novosti-yə istinadən xəbər verir.

Londondakı "Fitch" agentliyinin korporasiyalar şöbəsinin direktoru Dmitriy Marinçenko bildirib ki, Dohada aprelin 17-də keçirilən Neft İxrac edən Ölkələr Birliyinə üzv və qeyri-üzv ölkələrin toplantısının nəticəsizliyi neft bazarına öz mənfi təsirini edə bilər.

Görüşün nəticəsi kimi bu yaxınlarda neft qiymətləri bir barel üçün 30-35 dollara kimi düşə bilər.

"Fitch"in hesablamalarına əsasən, neft qiymətləri 2018-2019-cı illərdə 55-65 dollar civarında müəyyənləşəcək.