AVCİYA ADİU-da tələbələrlə görüş keçirib FOTOLAR

18 Aprel 2016 13:10 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya ayihəsi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tələbələrlə görüşdə universitetin prorektoru Şaiq Əsgərov, AVCİYA-nın nümayəndələri Məhərrəm Zülfüqarlı və Rüfət Muradov iştirak ediblər.

Prorektor Ş.Əsgərov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrımı siyasəti haqqında danışıb. O, gəncləri petisiyaya qoşulmağa çağırıb.

M.Zülfüqarlı petisiyanın mahiyyəti haqında məlumat verib. Qeyd edib ki, petisiyada AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkiləsi tələbi, Ermənistanın Azərbaycan qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu, Azərbaycan işğal edilmiş ərazilərində yerləşənSərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyi vurğulanıb və bunları nəzərə alaraq Obama Administrasiyası AŞPA-nın 2085 saylı qətnamsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırılıb.

R.Muradov isə gənclərə fotoslayd vasitəsilə petisiyaya qoşulmaq qaydaları haqqında məlumat verib.

Qeyd edək ki, indiyədək petisiyaya 145 mindən çox insan qoşulub. Petisiyaya qoşulmaq üçün ayrılmış zaman may ayının 5-də başa çatacaq.