Kamran Həsənliyə son XƏBƏRDARLIQ

18 Aprel 2016 12:27 (UTC+04:00)

Müğənni Samir Piriyevin və şoumen Kamran Həsənli arasında qalmaqal gündəmdən düşmür. S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu SİA-ya açıqlama verərək müğənninin adından K.Həsənliyə son xəbərdarlıqlarını edib:"Kamran Həsənliyə son dəfə xəbərdarlıq edirik. Birincisi, verdiyi müsahibələrdən başa düşürük, öz adına yaraşan sözlərdən istifadə edir. Amma Samir Piriyevə "işverən" deməklə özünün elə cılız bir adam olduğunu göstərir. Belə sözlərdən ancaq azyaşlı məhəllə uşaqları öz aralarında danışanda istifadə edirlər. Kamran Həsənli efirlə də küçənin yerini səhv saldığı üçün bu gün bütün kanallar ona qapısını bağlayıb. Bunlar hamı Kamranın, "türk oğlu türkün" mədəniyyətinin göstəricisidir.

İkincisi, Samir bu neçə il dözüb sənə vaxt verib, gedib kimə deməliydi? Maraqlıdı, Kamran Həsənli belə hal baş versəydi, polisə yox, kimə şikayət edərdi? Bilmək istəyirik, Kamran Həsənli hansı qanunlarla yaşayır? Dövlətin, yoxsa hansısa başqa aləmin? Amma heç başqa aləm də Kamranı qəbul eləməz, özü də gözəl bilir niyə? Unutmasın ki, Samir Piriyev dövlətini xaricdə təmsil edəndə Kamran Həsənlinin başı radikal müxalifətçilərə qarışmışdı".

R.Əhmədoğlu saytımıza Samir və Kamran arasında növbəti səs yazısını təqdim edib:"Kamran Həsənli hələ də yalan danışdığı üçün məcbur qalıb növəti səs yazısını təqdim edirik. Burda da maşınını verdiyini bildirərək "3-4 gün müddətində isə 50 min dolları da qaytaracağam" deyir. Görün, indi bu yazılarda hansısa türk vətəndaşı barədə söz gedir? Samir harada Kamrana dedi ki, "evi keçir adıma"? Bu səs yazısından sonra Kamran nə deyəcək, bizə maraqlıdır. Artıq bu, sözün bitdiyi andır".