Sergey Markov: “Münaqişənin davam etməsində rəsmi İrəvan daha çox günahkardır” SƏS TV

18 Aprel 2016 12:20 (UTC+04:00)

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyətin eskalasiyasında günahın bir hissəsi də ATƏT-in Minsk qrupunun üzərinə düşür. SİA-nın məlumatına görə, bunu bugün Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qarbağda bu yaxınlardakı toqquşmalar gözlənilən idi və bunun bir neçə səbəbi var: "Digər münaqişələrdən fərqli olaraq sərhəddə sülhməramlılar yox idi, münaqişə deyil, danışıqlar dondurulmuşdu ki, bunun da günahının bir qismi Minsk qrupunun üzərinə düşür".

S.Markov bildirib ki, Minsk qrupunun hər bir həmsədr ölkəsinin böyük erməni diasporu var və bu diasporlar Ermənistana təsir göstərməyə imkan vermirlər: "Münaqişənin davam etməsində rəsmi İrəvan daha çox günahkardır".

Politoloq həmçinin qeyd edib ki, Aİ-nin sanksiyaları fonunda Azərbaycan və Rusiyanın turizmin inkişafı sahəsində geniş imkanları var: "Bəzi səbəblərə görə rusiyalı turistlər Avropaya, Misirə və Türkiyəyə getmirlər və buna görə də Azərbaycan kurortları rusiyalı turistlər üçün çox cəlbedici ola bilər".