Forumda Malta və Makedoniyanın prezidentləri iştirak edəcək

18 Aprel 2016 09:53 (UTC+04:00)

Məlumat verildiyi kimi, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, forumda iştirak etmək üçün Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya Respublikasının Prezidenti George İvanov Bakıya gələcək.

Ümumilikdə, üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.