Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya

17 Aprel 2016 15:54 (UTC+04:00)

Bu gün Şəhər Mədəniyyət Evində gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, qəhrəmanlarımızın təbliği məqsədilə tədbir keçirilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya, gənc müğənnilər İlkin Əlizadə və Murad Mirzəyevin ifasında vətənpərvər ruhlu mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aparıcılar Türkan Mahmudova və Əlipaşa Paşayevin Azərbaycan ordusunun yaranması və keçdiyi zəfər yolu haqqında çıxışları, eləcə də mədəniyyət evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında "Əsgər marşı", vətənpərvər ruhlu şeirlər tədbirə xüsusi ovqat qatıb. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinn İctimai Birliyi Sumqayıt filialının sədri Tərlan Hacızadə tədbirə qatılaraq ilkin qələbə münasibtilə hər kəsi təbrik edib. O, çıxış edərək diqqəti birinci Qarabağ müharibəsinə yönəldib və bildirib ki, bu gün bu qələbə ilə bizi sevindirən əsgər və zabitlırimiz həmin şəhidlərin, qazilərin, veteranların övladları, ailə üzvləri, qohumları, bir sözlə, davamçılarıdır. Bu qəhrəmanlar bizim xalqın övladlarıdır və biz onlarla fəxr etməli, onları unutmamalı, daim xatirələrdə yaşatmalıyıq. İnanırıq ki, ordumuzun zəfəri bundan sonra da davam edəcək və biz böyük qəlbəni çox yaxında görəcyik. Belə tədbirlər də tezliklə işğaldan azad olunan torpaqlarımızda keçiriləcək.

Qeyd edək ki, tədbirdə Qarabağ müharibəsi veteranları və qaziləri də iştirak edib.