"Yol əhvalatı"nın aktyoru dünyasını dəyişib

17 Aprel 2016 11:36 (UTC+04:00)

Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov bir neçə saat bundan əvvəl dünyasını dəyişib. SİA-nın məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov bu gün evində vəfat edib.

Məcid Dadaşov "Bir cənub şəhərində", "Yol əhvalatı", "Azərbaycan naminə" filmlərində çəkilib. Onun "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.

Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.