BP-nin səhmdarları “yox” dedi

16 Aprel 2016 15:37 (UTC+04:00)

BP-nin səhmdarları şirkətin baş icraçı direktoru Robert Dadlinin maaşının 20 milyon dollar olmasına "yox" deyib. "Euronews.com" xəbər verir ki, dünyanın ən böyük enerji şirkətlərindən olan İngiltərənin "British Petroleum" (BP) şirkətinin səhmdarları BP-nin baş icraçı direktoru Robert Dadlinin illik maaşının qonorar ilə birgə 20 faiz artırılaraq 20 milyon dollara çatdırılmasını istəməyiblər. BP-nin investorları bununla bağlı keçirilən səs vermədə 59 faiz "yox" səsi verərək şirkətin idarə heyətinin təklifini rədd ediblər.

Xatırladaq ki, neftin ucuzlaşan qiymətlərinin təsiri ilə keçən il son 20 ilin ən böyük həcmdə - 6,5 milyard dollar zərərlə üzləşdiyini açıqlayan BP 5 min işçisini də ixtisar etmişdi.