Plastik əməliyyat daha bir can aldı

16 Aprel 2016 03:44 (UTC+04:00)

Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib. Cəlilabad sakini burnunu əməliyyat etdirmək üçün rayondakı Müalicə və Diaqnostika Mərkəzinə müraciət edib. Yaxınlarının iddialarına görə, götürülən analizlərin nəticələrinə əsasən əməliyyatın mümkün olduğu qənaətinə gəlinib. Lakin, xəstə əməliyyata hazırlanarkən ölüb.

Xəstə əməliyyata hazırlanarkən dünyasını dəyişib.

Hadisə Cəlilabadda baş verib. 36 yaşlı Məhəmməd Hüseynov burnunu əmliyyat etdirmək üçün Cəlilabad Müalicə və Diqanostika Mərkəzinə müraciət edib. Onun yaxınlarının iddialarına görə, həkimlər əməliyyatdan öncə xəstədən müxtəlif analizlər götürüblər. Nəticələrə əsasən də əməliyyatın icra olunması üçün heç bir neqativ halın olmadığı bildirilib. Ardınca isə əməliyyata götürülən Məhəmməd Hüseynova tənəffüs yolu vasitəsilə narkoz verilib. Bu zaman onun səhhəti qəfildən pisləşdiyi üçün əməliyyat təxirə salınıb.

Mərhumun yaxınlarının sözlərinə görə, indiyədək onun hər hası bir ciddi xəstəliyi olmayıb.

Məsələ ilə bağlı Cəlilabad Müalicə və Diaqnostika Mərkəzindən bildirildi ki,meyitdən nümunələr götürülərək Məhkəmə və tibbi ekspert komissiyasına göndərilib. Məhəmməd Hüseynovun ölümünün səbəbi ekspertizanın rəyindən və hüququ-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olacaq.