ANS TV dünyada bir ilkə imza atır

15 Aprel 2016 22:36 (UTC+04:00)

Bu gün ANS TV dünya və Azərbaycan televiziya məkanında bir ilk olaraq həyata keçirtdiyi yeni layihəsinin təqdimatı keçirilib. SİA xəbər verir ki, yeni layihəyə əsasən ANS TV-nin yarandığı vaxtdan - 1991-ci ildən bu günə kimi efirdə yayımlanan verilişlərin hamısına internet vasitəsilə baxmaq mümkün olacaq.

Bunun üçün www.anstv.ws saytına girərək arxiv videolar bölümünə daxil olmaq lazımdır. Burada istifadəçilər videoları tarix, kateqoriya, aparıcı, müxbir və verilişin adına görə təsnifləşdirə bilərlər.