Misirdə etiraz aksiyası baş verib

15 Aprel 2016 21:52 (UTC+04:00)

Misir polisi ölkə rəhbərliyinin Qırmızı dənizdə iki mübahisəli adanı Səudiyyə Ərəbistanına vermək qərarına etiraz olaraq keçirilən aksiyasının iştirakçılarını qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib. SİA xəbər verir ki, misirlilər Tiran və Sanafira adalarının Səudiyyə Ərəbistanına verilməsi ilə bağlı aprelin 15-də etiraz nümayişinə çıxıblar. Aksiyanın təşkilatçıları bu nümayişi "torpaq cüməsi" adlandırıblar. Cümə namazından sonra paytaxtın bir neçə mərkəzi rayonunda kiçik nümayişlər başlayıb. Müəyyən müddət keçəndən sonra etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən qovulub. Onlarla adam saxlanılıb.

Bir gün əvvəl Misir DİN bu etiraz aksiyhalarında iştirak etməmək çağırışı ilə ölkə vətəndaşlarına müraciət edib. Daha əvvəl "Müsəlman qardaşları" Assosiasiyasının fəalları sosial şəbəkələrdə Tiran və Sanafira adalarının Səudiyyə Ərəbistanına verilməsi ilə əlaqədar etiraz aksiyalarına çıxmaq çağırışları yerləşdiriblər.