Mərkəzi Seçki Komissiyasından QƏRAR

15 Aprel 2016 21:52 (UTC+04:00)

Məzahir Məhəmməd oğlu Pənahovun Mərkəzi Seçki Komissiyasının sədri, Natiq Seyfulla oğlu Məmmədovun Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Mikayıl Rəhman oğlu Rəhimovun Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.2-ci, 19.3-cü, 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq alınmış qərara əsasən Məzahir Məhəmməd oğlu Pənahov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, Natiq Seyfulla oğlu Məmmədov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Mikayıl Rəhman oğlu Rəhimov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi seçilib.

Sədr

Məzahir Pənahov

Müavin

Natiq Məmmədov

Üzvlər

Şaitdin Əliyev

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Hüseyn Paşayev

Arifə Muxtarova

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Qabil Orucov

Mikayıl Rəhimov

Bəxşeyiş Əsgərov

Almas Qəhramanlı

Etibar Quliyev

Tofiq Həsənov

İlkin Şahbazov