İsraildə Azərbaycana dəstək askiyası keçirilib

15 Aprel 2016 21:10 (UTC+04:00)

İsraildə Azərbaycana dəstək aksiyası keçirilib. SİA xəbər verir ki, İsrailin Netanya şəhərində keçirilən aksiya "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatı və "Odlar Yurdu" İsrail-Azərbaycan teatr truppası tərəfindən təşkil olunub.

Aksiyanın keçirilməsində məqsəd aprel ayının əvvəllərində Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı Azərbaycana dəstək vermək olub.

Aksiyada 50-dən çox adam iştirak edib. Aksiya iştirakçıları 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı dəhşətlərini nümayiş edən plakat hazırlayıblar.