“AtaSığorta” icbari sığorta haqlarının ödənişini daha asan etdi

15 Aprel 2016 15:43 (UTC+04:00)

Hər zaman müştəri məmnuniyyətinə xüsusi diqqətlə yanaşan "AtaSığorta" ASC sığorta haqlarının ödənilməsi imkanlarının artırılması və tezləşdirilməsi üçün səylərini davam etdirir. "AtaSığorta" ASC-dən icbari avtomobil sığortası əldə etmiş müştərilər sığorta haqqını "eManat" terminal şəbəkəsində rahatlıqla ödəyə biləcəklər. Sığorta haqqının ödənilməsi üçün müştərilər "eManat" terminallarında mobil telefon nömrələrini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin nömrəsini daxil etməlidirlər.

"AtaSığorta" ASC tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli xidmətlə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub. 2013-cü ildən fəaliyyət göstərən "eManat" terminalları əsasən market və supermarketlərdə, metro və keçidlərdə, qaz və su idarələrində, müxtəlif ticarət və biznes mərkəzlərində, təhsil və səhiyyə ocaqlarında yerləşirlər. Hazırda bütün ölkə ərazisində 2000-dən çox "eManat" terminalı fəaliyyət göstərir və burada 80-dək xidmət üzrə ödəniş aparmaq mümkündür.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manatdan artıq aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və ofislər daxildir.