Bakıda “KÜNİB 2016-cı il Təhsil Sərgisi” keçiriləcək

15 Aprel 2016 15:19 (UTC+04:00)

16-17 aprel 2016-cı il tarixlərində Bakı şəhəri, Park İnnByRadisson" otelində Qafqaz Universitetlər Birliyi (KÜNİB), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu və "EnglishTime" Dil Məktəbinin təşkilatçı dəstəyi ilə "KÜNİB 2016-cı il Təhsil Sərgisi" keçiriləcək.

Bilik Fondundan SİA-ya verilən məlumata görə, 2014-cü ildən etibarən təşkil etdiyimiz Təhsil Sərgisində bu il Türkiyənin təxminən 30-a yaxın nüfuzlu universiteti, Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın tanınmış universitetləri ilə yanaşı 2000 şagird və tələbə, eyni zamanda, sərgi ilə əlaqədar bir çox şəxsin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, sərginin açılışı 16 aprel 2016-cı il tarixində saat 11:00-da "Park İnnByRadisson" otelində olacaq. Açılış mərasimindən sonra mətbuat konfransı keçiriləcək.