4 "Avatar" gəlir FOTOLAR

15 Aprel 2016 15:13 (UTC+04:00)

Hollivud rejissoru Ceyms Kameron "Avatar" filmini sevənlərə şad xəbər verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor "Avatar"ın davamı olaraq, daha dörd filmin çəkiləcəyini bildirib. Onun sözlərinə görə, hər ekran işi fərqli hekayədən bəhs edəcək.

Ceyms Kameron hətta filmlərin tarixini də açıqlayıb. Belə ki, "Avatar-2" 2018-ci ilin dekabr ayında, "Avatar-3" 2020-ci ildə, filmin 4-cü və 5-ci variantları isə 2022-ci və 2023-cü illərdə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, məkan olaraq, Yeni Zellandiya seçilən "Avatar-2"nin çəkilişləri artıq başlayıb.

Kubra Bayramova