Şiyavuş Novruzov: “MSK indiki formatda seçki proseslərini çox uğurlu şəkildə təşkil edir"

15 Aprel 2016 13:09 (UTC+04:00)

"Mərkəzi Seçki Komissiyasının (MSK) indiki formatı uzun müddətdir fəaliyyət göstərir. Burada həm parlamentdə təmsil olunan çoxluğun, həm bitərəflərin, həm də azlıqda olanların nümayəndəsi var". Bunu Milli Mcəlsiin bugünkü plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Şiyavuş Novruzov deyib.

O qeyd edib ki, bəzi hallarda MSK-nın hanısa yeni formatda olmasını təklif etsələr də, qurum indiki formatda çox uğurlu işlər həyata keçirir: "MSK indiki formatda seçki proseslərini çox uğurlu şəkildə təşkil edir. Daima təkmilləşdirmə işləri aparılır. Yerlərdə Dairə Seçki Komissiyaları formalaşıb. Onlar bütün lazımi təzhizatla təmin olunublar. Mütəmadi şəkildə maarifləndirmə işləri həyata keçirilir. Buradakı insanlar Seçki Məcəlləsini, Azərbaycanda olan normativ hüquqi aktları mükəmməl bilən, təcrübəli mütəxəssislədir. Hər dəfə seçkilərdə yeni beynəlxalq təcrübənin tətbiqinin şahidi oluruq. MSK-nın beynəlxalq əlaqələri mövcuddur. Seçki dövründə, seçicilər, siyasi partiyalar, müşahidəçilər, məşvərətçi səs hüquqlu üvlər təlimatlandırılırlar. MSK Qanunun özü ilə əlaqədar aydın olmayan məsələlər haqqında kifayət qədər təlimatlar həyata keçirir. Bu da onların peşəkarlığından xəbər verir. MSK-ya seçilən üzvləri təbrik edirəm, onlara uğurlar arzulayıram".