Hadisəni geyiminə görə ittiham etdilər FOTO

15 Aprel 2016 13:10 (UTC+04:00)

Türkiyəli müğənni Hadisənin "O səs çocuklar" yarışmasına geyindiyi libas qalmaqala səbəb olub. SİA-nın verdiyi xəbərə görə, müğənninin geyimi sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə mövzusuna çevirilib. Belə ki, sənətçinin geyimində erməni bayrağının rənglərinin əks olunduğunu iddia edirlər. Bəziləri isə ifaçının tərəfini saxlayaraq sözügedən libasın məşhur markanın kolleksiyasına aid olunduğunu və erməni bayrağı ilə heç bir əlaqəsinin olmadığını qeyd ediblər.