Oğurlanan əsərləri tapanları mükafat gözləyir FOTOLAR

15 Aprel 2016 12:40 (UTC+04:00)

İtalyan rəssam Merisi da Karavacconun 1604-1605-ci illərdə çəkdiyi "Judit Holofernesin başını kəsir" tablosu itdikdən 150 il sonra tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəsm əsəri köhnə evin çardağından təsadüf nəticəsində tapılıb. 120 min avro dəyərində olan tablonun 30 ay ölkədən çıxarılmasına qadağa qoyulub.

Sözügedən müəmmalı tapıntı mütəxəssislərin yadına digər sirrə qədəm basan tabloların tapılmasına ümid yaradıb.

Həmin rəsm əsərlərini təqdim edirik:

Rəssam Frensis Bekona məxsus tablo 1988-ci ildə Berlində oğurlanıb. Əsəri tapan şəxsə 150 min avro mükafat veriləcək.

Harmens Van Reyn Rembrantın çəkdiyi əsər 1990-cı ildə Bostonda oğurlanıb. Tablonu tapan şəxsə 4 milyon dollar mükafat veriləcək.

Vinsent Van Qoqa aid tablo 2002-ci ildə Amsterdamda oğurlanıb. Əsəri tapan şəxsi 1 milyon avro mükafat gözləyir.

Yan Vermeerin əsəri 1990-cı ildə Bostonda oğurlanıb. Tapa şəxsə 4 milyon dollar mükafat veriləcək.

Kubra Bayramova